İdman

"Qalatasaray" - "Fənərbağça" derbisini bu məşhur hakim idarə edəcək

20 Fevral 2025 12:44
Baxış: 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Super Liqanın 25-ci həftəsində keçiriləcək "Qalatasaray" - "Fənərbağça" matçının xarici hakimi bəlli olub.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, böyük görüşdə sloveniyalı referi Slavko Vincic hakim olacaq.

Vinciç bu mövsüm Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində bir dəfə çıxış edib. O, ötən il Çempionlar Liqasının son finalında Dortmund Borussia və Real Madrid arasında keçirilən oyunda hakimlik edib. Bu həftə isə o, Çempionlar Liqasında PSV-Yuventus matçını idarə edib.

Qeyd edək ki, fevralın 24-də keçiriləcək İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.