Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo X sosial şəbəkəsində sevgilisi Corcina Rodriqes ilə çəkdirdiyi fotoya "mənim yeganəim" şərhini yazıb.
Milli.Az xəbər verir ki, Ronaldo karyerasında 924 qol vurub, onlardan 789-u klub səviyyəsində, 135-i isə Portuqaliya millisinin heyətində olub. Bu mövsüm təcrübəli hücumçu bütün turnirlərdə 25 oyuna çıxıb, 23 qol vurub və 4 məhsuldar ötürmə edib.
Nüfuzlu "Transfermarkt" internet portalında verilən məlumata görə, portuqaliyalı futbolçunun bazar dəyəri 12 milyon avrodur. /Lent.az
Milli.Az