Brüs Linin qızı, kürəkəni, nəvəsi və arvadı ilə bağlı bilinməyən FAKTLAR - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qısa ömür sürməsinə baxmayaraq, aksiyon dolu filmləri ilə 7-dən 70-ə, hər kəsin qəlbini fəth etdi. Uzaq-şərq döyüş sənətinin ən böyük ustası oldu. Amerikalıları ilk dəfə "Kunq Fu" ilə tanış etdi. 32 yaşında özü, 28 yaşında isə oğlu faciəvi şəkildə öldü. Söhbət məşhur aktyor və idmançı Brüs Lidən gedir.
Onun qısa ömürdən bəzi məlumatlar bir çoxlarına bəlli olsa da, dünya mətbuatında məşhurun ailəsi haqqında demək olar ki, çox az məlumat var.
Milli.Az saytı olaraq həm Brüs Linin həyatına qısaca nəzər saldıq, həm də onun ailə üzvləri ilə bağlı maraqlı faktları siz-oxucular üçün topladıq.
Həmin məlumatları təqdim edirik:
Əsl adı Jun-fan Li olan Brüs Li 1940-cı il noyabrın 27-də Kaliforniyanın San-Fransisko şəhərində doğulub. Həkimlərdən biri onu "Brüs" deyə çağırıb və anası Qreys də ona "Brüs Li" adını verib. Brüs də atası kimi aktyor olub. Atasının son filmində rejissor onu çəkiliş meydanında görüb və rol təklif edib. Bununla da aktyorun film karyerası start götürüb.
O 13 yaşında atasından "Tay Çi" döyüş dərsləri almağa başlayıb. "Ving Çun" döyüş sisteminə də yiyələnib. Küçə davaları səbəbindən liseyi atmalı olub. Brüs Li ailəsi ilə Honq Konqda yaşayırdı, lakin atası onu San Fransiskoya göndərmək məcburiyyətində qalıb. Çünki onun yolu tez-tez polis şöbəsinə düşürdü. Hər dəfə dalaşır və əsla döyüşdən qaçmırdı. Atası onun ailəyə ləkə gətirməsini istəmirdi. O bir döyüşdə rəqibinin qolunu və ayağını sındırdıqdan sonra ABŞ-yə göndərilib.
Cibində cəmi 100 dollarla Vaşinqtona gələn aktyor burada ofisant işləyib və restoranda yaşayıb. O işləyə-işləyə həm də oxuyub. Vaşinqton Universitetinə qəbul olub və fəlsəfə üzrə Ali təhsil alıb. Amerikalılar "Kunq Fu" ilə ilk dəfə Brüs vasitəsi ilə tanış olublar.
Həddən artıq cəld olan Brüs Li bir dəfəyə 1500 jim edirmiş. Bir filmdə saniyədə 24 kadr olduğu halda Brüs Linin döyüşlərindəki çəkilişlər 32 kadr olurdu. 2 barmaq, bir əli ilə yerdən 200 dəfə jim edə bilib.
O cəmi 3 dəqiqəyə rəqibinə qalib gəlirmiş. Düyü dənələrini havada çubuqla tutub yemək yeyirmiş. Linin əl zərbəsi 1700 kq, ayaq zərbəsi 3 ton olub.
Aktyorun ilk uzun metrajlı filmi çinli prodüser Raymond Çounun yeni qurduğu "Golden Harvest" şirkəti ilə çəkilən filmidir. Ekran işi Honq Konq və cənub-şərqi Asiyada indiyə qədər ən çox satılan ekran işidir. Bundan sonra o "Qəzəbin yumruğu" filmində çəkilib.
1970-ci ildə o məşq edərkən belini ciddi şəkildə zədələyib. Həkimlər bir daha idman edə bilməyəcəyini və etmək istəsə bunun çox təhlükəli olacağını söyləyib. Lakin o, riskə gedərək davam edib. Həmin ildən sonra 5 filmə də daha çəkilib.
Brüs Li "Ölüm Oyunu" adlı filmdə də rol alıb. Bu zaman amerikalı prodüserlərdən ona baş rol oynayacağı bir film təklifi gəlib. Aktyor "Ölüm oyunu" filmini yarıda qoyaraq, "Əjdahanın çıxışı" filminə çəkilib. Li "Ölüm oyunu" filmini tamamlamadan 20 iyul 1973-cü ildə, 33 yaşında vəfat edib.
Belə ki, çəkiliş zamanı başağrısından şikayət edən Brüsə aspirin qarışığı olan "Equogesic" verilib. Sonra o uzanmaq üçün yataq otağına gedib. Daha sonra heyət onun cansız bədəninin yataqda qaldığını görüb.Aktyor təcili yardımla xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölümünün beynindəki şişdən ola biləcəyi ehtimal edilib. Həmin hadisədən 2 ay əvvəl isə beyinindən zədə alıb. Onun vəfatı sevənlərini göz yaşına boğub.
Minlərlə insan küçələrə axın edərək, onunla son dəfə vidalaşıb. Kütləni dayandırmaq üçün polislər barrikadalar qurublar. Aktyor ABŞ-nin Sietl əyalətində Leyk Vyu qəbiristanlığında dəfn edilib.
Brüs Li öz tələbəsi, amerikalı Linda Emeriyə (Linda Lee Cadwell) aşiq olub və onunla ailə qurub. Brüsdən 5 yaş kiçik olan Linda amerikalı döyüş sənəti ustası, müəllim və yazıçıdır. Onlar 1964-cü ildə həyat yollarını birləşdirib və bir il sonra, 1965-ci ildə Brüsün oğlu Brendon Li dünyaya gəlir. 4 il sonra isə cütlüyün qızı Şenon Li doğulur.
Linda, Brüs Linin vəfatından bir neçə il sonra, yəni 1988-ci ildə Tom Blikir adlı şəxslə ailə qurub. Lakin iki il sonra ondan boşanıb. Linda "Brüs Li: Tək bildiyim adam" adlı kitab yazıb. Əsərdə Brüs Linin həyat hekayəsi əks olunub.
Brüs Linin oğlu Brendon Li atasının yolu ilə gedib.
O aktyor olub və və bir çox "Kung Fu" filmində rol alıb. Son aktyorluq təcrübəsini isə "The Crow" filminin çəkilişləri zamanı yaşayıb. Senariyə əsasən Liyə silahdan atəş açılmalı olub.
Lakin bu silahdakı güllə həqiqi olub və o 28 yaşında çəkiliş meydanında vurulub. Onurğasına batan güllə Brendonun sonu olub.
O ABŞ-nin Sietl əyalətində Leyk Vyu qəbiristanlığında atasının yanında dəfn olunub.
Aktyorun 56 yaşlı qızı Şenon Li də aktrisadır.
O məşhur rejissor Kventin Tarantinonu "Bir dəfə Hollivudda" filminə görə tənqid edib.
Belə ki, rejissorun ekran işində Brüs Lini karikatura personajına çevirmək qərarı Şenonun xoşuna gəlməyib. İnsanlar filmdə onun atasını lağa qoyduqları üçün o özünü narahat edib.
Şenon 1980-ci illərdə vəkil həyat yoldaşı İan Kesslerlə (Anthony Keasler) tanış olub. 6 il eşq yaşadıqdan sonra cütlük 1994-cü ildə sadə məclislə ailə qurub.
2002-ci ildə onların qızı Wren İan Kessler (Brüs Linin yeganə nəvəsi) dünyaya gəlib.
İan, Şenonla evləndikdən sonra bütün dünyada "Brüs Linin kürəkəni" kimi tanınıb. Buna baxmayaraq, İan onun adından istifadə etməyib və sadə həyat tərzi sürməyə üstünlük verib. O feysbuk, instaqram və tvitter kimi sosial şəbəkələrdə aktiv deyil. /baku.ws
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
XƏBƏR LENTİ
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
-
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı
-
Azərbaycan nefti bahalaşdı
-
Bakıda restoranda yanğın olub
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Dünya bazarında neft bahalaşdı





