Azərbaycan millisinin və "Neftçi"nin sabiq hücumçusu Ruslan Qurbanov 2 illik fasilədən sonra futbola dönüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 33 yaşlı forvard bu məqsədlə Azərbaycana qayıdıb və "Haypers"lə müqavilə imzalayıb. Qurbanovun II Liqada qüvvəsini sınayan Quba təmsilçisi ilə bağladığı kontraktın müddəti 4 aydır.
Sövdələşməyə görə, bölgə komandası onu daha bir il düşərgəsində saxlamaq şansına malikdir.
"Dinamo Stavropol" klubunun yetirməsi Azərbaycana ilk dəfə 2010-cu ildə gəlib və "Neftçi"də çıxış edib.
Millinin sabiq müdafiəçisi Rasim Abışovun təklifi ilə Bakıya ayaq basmış Ruslan 6 il "ağ-qaralar"ın formasını geyinib, bu müddətdə 67 oyuna çıxıb, 19 qol vurub.
Bakılılar onu 2011-2013-cü illər aralığında "Sumqayıt"a icarəyə veriblər. "Kimyaçılar" üçün 9 qola imza atan Qurbanov 2015-ci ilin yayında Xorvatiyaya yollanıb və "Hayduk"la anlaşıb.
Split təmsilçisində özünü göstərə bilməyən, cəmi 6 matçda şans qazanan forvard 2016-ci ilin əvvəlində "Qəbələ"yə keçib. İki il "qırmızı-qaralar"a xidmət edib, ardınca "Səbail"ə keçib.
Növbəti iki mövsümdə isə "Keşlə" və "Zirə"nin heyətində özünü yoxlayıb. 2021-ci ildə Azərbaycanı tərk edib və "Slaviya-Mozır"la müqavilə bağlayıb. Bir il sonra buradan ayrılıb və klubsuz qalıb.
Milli.Az