İdman

Azərbaycan millisinin hücumçusu transferə çıxarıldı

9 Fevral 2025 17:00
Baxış: 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin hüucumçusu Renat Dadaşov klubu "Ankaragücü"dən ayrılır.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatına məlumat yayıb.

25 yaşlı hücumçu artıq komandanı tərk edib. O, rəhbərliyin qərarı ilə Tandoğandakı bazada bir məşqçinin nəzarəti altında fərdi məşq edir.

"Ankaragücü" iki hücumçusu - Dadaşov və Riad Bayiç arasında seçim edib.

I Liqa təmsilçisi azərbaycanlı futbolçuya müştərinin daha tez tapılacağını ehtimal edərək onu transferə çıxarıb. Türkiyə klubu həmyerlimizin əvəzinə yeni hücumçu heyətinə qatmaq istəyir.

Renat Dadaşovun "Ankaragücü" ilə müqavilə müddəti 2026-cı ilin yayında başa çatacaq. O, cari mövsüm Türkiyə 1-ci Liqasında 15 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib./qaynarinfo 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.