"Gedişim ani olmadı, neçə vaxtdır bu barədə düşünürdüm. Bəzən elə anlar gəlir ki, qərar verməli olursan. Hamı "Qarabağ"a, Qurban müəllimə olan sevgimi bilir".
Milli.Az xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılan Riçard Almeyda jurnalistlərə açıqlamasında deyib.
35 yaşlı yarımmüdafiəçi bildirib ki, karyerasının son dövrünü vətənində keçirmək istəyir: "Həyat yoldaşımla düşündük, qərara gəldik ki, Braziliyaya qayıdaq. Artıq həyatda yeni səhifə açmaq lazımdır. Braziliyada cəmi 4 oyun keçirmişəm. Daha sonra uzun müddət Portuqaliyada, Azərbaycanda çıxış etmişəm. Qərar qəbul etdim ki, öz vətənimdə də futbolun dadına baxım. Kim bilir, bəlkə bir gün məşqçi kimi Azərbaycana qayıtdım". (qol.az)
Milli.Az