Texnologiya

ABŞ-də dünyanın ən güclü kompüteri işə salındı

12 Fevral 2025 00:37
Baxış: 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin Kaliforniya ştatının Lourens Livermor adına milli laboratoriyası dünyanın ən güclü superkompüterini rəsmi olaraq işə salıb."El Capitan" adını daşıyan layihənin maliyyələşməsinə 600 milyon dollar sərf olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki,  "El Capitan" ABŞ-nin milli təhlükəsizliyi ilə əlaqədar bir sıra vacib tapşırıqların yerinə yetirilməsində, o cümlədən, 1992-ci ildə tətbiq olunan yeraltı sınaq qadağası şəraitində ABŞ-nin nüvə silahları arsenalının təhlükəsizliyinin təmin edilməsində istifadə olunacaq.

Əsas tədqiqat sahələrinə materialşünaslıq, yüksək enerji sıxlığı fizikası, nüvə məlumatları, silah sistemlərinin hazırlanması və digər məxfi tapşırıqlar daxildir.

Dünyada superkompüterlərin məhsuldarlığını qiymətləndirmək üçün istifadə olunan "High-Performance Linpack" (HPL) testləri zamanı "El Capitan" 1.742 eksaflops nəticə göstərib və bununla da dünyanın ən sürətli kompüteri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.