Şou-biznes

"Saç boyası, xına kişi üçündür"

12 Fevral 2025 00:35
Baxış: 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Manaf Ağayev açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi saçına boya qoymasını tənqid edənlərə cavab verib. "Qonaqcanlı" verilişində danışan M.Ağayev bildirib ki, xına və saç boyası kişilər üçündür:

"Hamı istəyir yaraşıqlı, cavan olsun, qəşəng geyinsin. Məni müasir biri bilmirlər. Çox müasirəm, amma əndazəsində. Bir kişinin üzündə çapıq varsa, düzəltirirsə, burnu əyridirsə əməliyyat etdirirsə, nə gözəl. Saçında tük yoxdursa, arxadan çıxardıb önə əkirlərsə nə yaxşı. Etdirmişəm. Xına, boya üstünə kişi yazılıb. Bu, kişi üçün yaradılıb. Hər zaman deyirəm ki, gedin ərəb ölkələrinə bir nəfər saçı ağ adam tapın göstərin". (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.