İdman

Ronaldu üçün dünyanın ən güclü klubu - özü açıqladı

5 Fevral 2025 00:48
Baxış: 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu dünyanın hansı klubunun ən böyük olduğu haqda fikirlərini bölüşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ronaldu daha əvvəl oynadığı "Real Madrid" klubunu dünyanın ən güclü klubu adlandırıb.

Qeyd edək ki, Kriştianu Ronaldu 2009-2018-ci illərdə "Real Madrid"də çıxış edib. Bu müddət ərzində portuqaliyalı 438 rəsmi oyun keçirib, bu oyunlarda 450 qol vurub və komanda yoldaşlarına 131 məhsuldar ötürmə edib.

Xatırladaq ki, K.Ronaldu vurduğu qolların sayına görə dünya rekorduna sahibdir. O, bu vaxta kimi rəqib qapısına 923 dəfə yol tapmağı bacarıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.