İdman

7 yaşlı azərbaycanlı futbolçu Fransanın məşhur klubunda - VİDEO

28 Yanvar 2025 18:52
Baxış: 1 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daha öncə İspaniya nəhəngi "Real Madrid"lə adı hallanan Telman Əlizadə Fransanın "Nant" klubu ilə müqavilə imzalayıb.

Milli.Az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında yeddi yaşlı futbolçu Telman Əlizadənin atası Cavad Əlizadə deyib.

"Real Madrid" klubu Telmanla müqavilə imzalamaq üçün iyun ayına kimi gözləməyimizi istədi. O, "Nant" klubunun da seçmələrinə qatıldıqdan sonra klub Telmanla müqavilə imzalamaq istədi. Telman artıq sentyabr ayından etibarən "Nant" forması ilə çıxış edəcək. Hazırda klub futbolçu transfer edə bilmədiyi üçün Telman "USSA Vertu" klubunda oyunlara çıxacaq və məşqlərini davam etdirəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.