İdman

Şəkillərini pulla satan Nara: "İkardi yataq otağımıza kamera qoymuşdu" - FOTO

18 Yanvar 2025 10:40
Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur futbolçu Mauro İkardi ilə Vanda Nara arasındakı boşanma prosesi yeni qalmaqalla gündəmə gəlib.

Milli.Az xəbər verir ki, Wanda Nara məhkəmədə İcardinin onların özəl görüntülərini bir çox insana nümayiş etdirdiyini etiraf edib.

Nara məhkəmədə bildirib ki, İkardi özəl həyatlarına aid video və şəkilləri dostlarına, ailə üzvlərinə və digər şəxslərə göstərib. O, həmçinin İcardinin evlərində kameralar yerləşdirməkdən zövq aldığını, bununla onların məxfiliyinə ciddi şəkildə müdaxilə etdiyini söyləyib. Wanda xüsusi ilə yataq otaqlarına baxan kameraların qeydə aldığı görüntülərin yayılmasından narahat olduğunu qeyd edib.

Mauro İcardi isə Wanda Naraya qarşı ittiham irəli sürərək, onun eqoist davranışlarının uşaqların özlərini tərk edilmiş hiss etməsinə səbəb olduğunu vurğulayıb. O, Vanda Naranın əvvəlki münasibətlərinin uşaqların psixoloji vəziyyətinə mənfi təsir etdiyini və bütün valideynlik məsuliyyətini öz üzərinə götürdüyünü bildirib.

Məhkəmə prosesi davam edir və tərəflər arasındakı qalmaqallı açıqlamalar ictimaiyyətin diqqət mərkəzindədir.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.