İdman

"Real" "Bavariya"nın "dirəyini" aldı

16 Yanvar 2025 13:19
Baxış: 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Real Madrid" klubu Almaniya nəhəngi "Bavariya"dan futbolçu transfer edir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Kral klubu 24 yaşlı müdafiəçisi Alfonso Deyvis ilə anlaşıb. Sözügedən keçid mövsümün sonunda baş tutacaq.

Futbolçu azad agent kimi "Real"a keçəcək. Tərəflər müqavilənin şərtləri barədə şifahi razılığa gəliblər.

Bildirək ki, kanadalı futbolçunun Almani klubu ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq.

Alfonso bu mövsüm bütün turnirlərdə 23 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə komandasına kömək edib.

Tural
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.