"Qarabağ"ın futbolçusu Juninyonun "Flamenqo"ya transfer olmaq üçün Braziliyaya yollandığı barədə məlumat vermişdik. Onun transferiniun bu gün tibbi müayinədən keçdikdən sonra rəsmən tamamlanacağı gözlənilir.
Milli.Az xəbər verir ki, Juninyonun həyat yoldaşı Vivya sosial şəbəkə hesabında paylaşım edib.
O, "Qarabağ"la vidalaşıb:
"Bizi qarşıladığınız və günlərimizi xoşbəxt etdiyiniz üçün təşəkkür edirik. Gözəl hekayə idi. Sonsuz minnətdarıq. "Qarabağ", inanılmazsan. Dünyadakı bütün uğurları bu kluba arzulayıram"./publika.az
Milli.Az