İspaniya Superkubokunda finala yüksələn ilk komanda bəlli olub.
Milli.Az xəbər verir ki, yarımfinalda "Atletik" və "Barselona" qarşılaşıb.
Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Qavi və Lamin Yamal vurublar.
Bununla da "Barselona" adını finala yazdırıb.
Yarımfinalın digər görüşündə "Real Madrid" ilə "Malyorka" kollektivləri üz-üzə gələcək. /APA
Milli.Az