"Qarabağ"dan Juninyo açıqlaması: İmtina etməyib...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, xarici mətbuatda "Qarabağ"ın hücumçusu Olavio Juninyonun son anda İspaniyanın "Sevilya" klubuna keçməkdən imtina etdiyi barədə məlumatlar yayılıb. Onun karyerasını ölkəsinin "Flamenqo" klubunda davam etdirmək istədiyi bildirilib.
Milli.Az xəbər verir ki, "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov məsələ ilə bağlı Qol.az saytına açıqlama verib.
O, Juninyo ilə bir neçə klubun yaxından maraqlandığını söyləyib:
"Juninyo ilə bir neçə klub maraqlanır. Klublar həm bizimlə, həm də Juninyonun meneceri ilə danışıqlar aparırlar. Juninyonun transferi təkcə onun qərarı ilə həll olunacaq məsələ deyil".
A.Əsgərov 28 yaşlı hücumçunun "Sevilya"ya keçməkdən imtina etməsi haqda xəbərlərə belə münasibət bildirib:
"Desək ki, Juninyo "Sevilya"ya keçməkdən imtina edib, düzgün olmaz. Bunu o vaxt deyə bilərik ki, hər üç tərəf razılaşaraq, müqavilə imzalasın, oyunçu isə başqa komandaya keçsin. Sadəcə belədir ki, danışıqlar uzandıqca bir klubun mövqeyi güclənir, digəri isə zəifləyir. Amma bu o demək deyil ki, bir klubun təklifi digərindən zəifdir. İndi vəziyyət elədir ki, hər an hər şey dəyişə bilər. Danışıqların yekunlaşması o deməkdir ki, məsələdə üçtərəfli müqavilə imzalansın. Hazırki durumda isə konkret nəsə yoxdur. Danışıqların növbəti mərhələsindəyik. Yaxın günlərdə hadisələrin inkişafı, danışıqların istiqaməti aydınlaşacaq".
Xatırladaq ki, Juninyonun "Qarabağ"la müqaviləsi 2028-cı ilin iyununa qədərdir. 28 yaşlı hücumçu Ağdam klubuna 2023-cü ilin yayında "Çavez"dən (Portuqaliya) transfer olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
XƏBƏR LENTİ
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü





