İdman

FHN-in əməkdaşları beynəlxalq yarışlarda yüksək nəticələr əldə ediblər - FOTO

7 Dekabr 2024 16:52
Baxış: 605
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

19-25 noyabr 2024-cü il tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində Dünya Kikboksinq Federasiyasının təşklilatçılığı ilə kikboksinq üzrə Hərbçilər arasında I açıq kikboksinq çempionatı keçirilib.

FHN-dən Milli.Az-a verilən xəbərə görə, yarışda 40 müxtəlif ölkədən 800-ə yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar.

Çempionatda iştirak edən Azərbaycan Kikboksinq milli yığma komandasının üzvləri və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gizir Camal Məmmədov və gizir Ramiz Məmmədov yüksək nəticə əldə etməyi bacarıblar. Belə ki, 60 kq çəki dərəcəsində Camal Məmmədov və 57 kq çəki dərəcəsində Ramiz Məmmədov çempionatın bürünc medalına yiyələniblər.

Qaliblərə Dünya Kikboksinq Federasiyasının diplom və medalı təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançılarla görüşərək onları təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb. Görüşdə pauerliftinq üzrə dünya çempionatının gümüş mükafatçısı FHN Akademiyasının əməkdaşı leytenant Orxan Fərzəliyev də iştirak edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.