İdman

Yusif "Olimpiakos"da meydana çıxmağa peşman oldu - mövsüm onun üçün BİTDİ

28 Oktyabr 2024 16:09
Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın "Olimpiakos" klubunun türkiyəli futbolçusu Yusuf Yazıcı ilk matçında uğursuzluqla üzləşib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Asteras"la matçın 70-ci dəqiqəsində oyuna daxil olan Yusuf Yazıcı zədə səbəbindən matçı başa vura bilməyib.

Türkiyəli futbolçunun dizində ön çarpaz bağlarının qopduğu öyrənilib. Millinin də üzvü olan futbolçu zədə səbəbindən mövsümü başa vurub.

Xatırladaq ki, UEFA Avropa Liqasının əsas mərhələsində "Qarabağ" "Olimpiakos"la 2025-ci il yanvarın 30-da səfərdə üz-üzə gələcək.

Qeyd edək ki, Yazıcı bu il sentyabrın 28-də Yunanıstan təmsilçisinə keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.