İdman

“Sözlə ifadə edilməyəcək hisslərdir” - Mahir

20 Oktyabr 2024 22:15
Baxış: 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, "Nürnberq"də forma geyinən Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniya Bundesliqasında "Qroyter"lə matçda baxımlı qola imza atıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, oyundan sonra Mahir klubun saytına açıqlamasında təəssüratlarını bölüşüb.

"Biz bir həftə idi taktiki və psixoloji olaraq bu oyuna hazırlaşırdıq. Mən komandamız adına çox şadam ki, qələbə qazana bildik. İndi biz qələbəni bayram edə bilərik. Sabahdan isə növbəti matça köklənməliyik".

Hücumçu sözlərinə belə davam edib: "Qol vurmaq xoşuma gəlir. Yəqin ki, bu, karyeramda vurduğum ən gözəl qollardan biridir. Amma ən vacibi derbidə qazandığımız qələbədir".

Mahir Almaniyada ilk dəfə derbi matçına çıxması barədə də fikirlərini bildirib: "Belə oyunlar xoşuma gəlir. Mən bir çox derbidə oynamışam. Həmişə emosiyalar olur. Bu matçlar bir qədər fərqlidir. Azarkeşlərə bu gün qələbə bəxş etmək sözlə ifadə edilməyəcək hisslərdir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.