"Gəlin görək, Monza və Monakodakı sürəti Bakıda da təkrarlaya bilərikmi?"
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Ferrari" komandasının pilotu Karlos Sayns Azərbaycan Qran-prisinin startı ərəfəsində deyib.
Mövsümün sonuna səkkiz mərhələ qalmış onun komandası Konstruktorlar kuboku uğrunda mübarizədə "Red Bull"dan 39 xal geri qalır. Sayns etiraf edib ki, Skuderiyanın yay mərhələlərində göstərdiyi qeyri-qənaətbəxş nəticələr seriyasından sonra titul iddiasını davam etdirməsi onu təəccübləndirir.
"Komandanın mövsümün üçdə birini Monako və Monza arasında necə keçirdiyini nəzərə alsaq, hələ də titul uğrunda mübarizə aparmağımız məni təəccübləndirir. Mövsümün ilk üçdə birində güclü, ikinci üçdə birində uğursuz olduq və indi də final üçdə birinə daxil oluruq. İlin ortasını yaxşı keçirmədik, amma yenə də titul uğrunda mübarizəni davam etdiririk. Bakıda sözümüzü deməyə çalışacağıq", - deyə Sainz bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun