Azərbaycan şahmatçısı: "Düşünürdüm ki, mənim uşaqlığım olmayıb"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baku TV Azərbaycan şahmatçısı Günay Məmmədzadə haqqında reportaj hazırlayıb.
Günay Məmmədzadə 2014-cü ildə, 14 yaşında olarkən qadınlar arasında beynəlxalq qrossmeyster adına yiyələnib və bununla da Azərbaycan qadın şahmatı tarixində gənc yaşda bu ada layiq görülmüş ilk şahmatçı olub.
2018-ci ildə isə o, kişilər arasında beynəlxalq usta adına layiq görülüb. Şahmatçı FİDE-nin 2023-cü ilin iyun ayı üçün olan reytinq siyahısında 2 456 xalla Azərbaycan qadın şahmatçıları arasında birinci, "Ən yaxşı 100 qadın şahmatçı" siyahısında isə 25-ci yerdə qərarlaşıb.
O, FİDE-nin reytinq siyahısında əmsalına (2 483, oktyabr 2 022) görə ən yüksək nəticə göstərmiş azərbaycanlı qadın şahmatçıdır.
Günay şahmatla necə məşğul olmağa başladığını izah edərkən qeyd edib ki, bu idman növünə marağı nənə və babasının sayəsində yaranıb:
"Nənəm və babam böyük şahmatsevərlər idilər. Həmişə şahmat oynayırdılar. Onlardan biri uduzanda aralarında mübahisə yaranırdı və bu, mənə maraqlı gəlirdi. Daha sonra valideynlərim bunu görüb məni şahmat məktəbinə yazdırdılar".
Şahmatçının atası Vüqar Məmmədov isə deyib ki, Günayın uğur qazanması üçün çox çətinliklərlə qarşılaşsalar da, onların öhdəsindən gəliblər:
"Uşağın inkişafı üçün valideynlər çox diqqətli olmalıdırlar. Xaricə gedəndə xüsusi diqqət və maliyyə dəstəyi tələb olunur. Bəzən nəticə əldə etmədən belə yarışlara qatılmalısan. Çətin məqamlar yaşasaq da, bunların hamısını aşmışıq".
Arzularının böyük bir hissəsini gerçəkləşdirdiyini söyləyən G.Məmmədzadə hələ də tam olaraq istəyinə çatmadığını vurğulayıb:
"Pəncərədən bayıra baxanda uşaqların həyətdə oynadıqlarını görürdüm, mən isə şahmatla məşğul olurdum. Həmin dövrü xatırlayanda düşünürəm ki, uşaqlığım olmayıb. Amma bilirəm ki, bu, arzularım üçün idi".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan





