İdman

Ronaldu sosial şəbəkədə yeni rekorda imza atıb

21 Avqust 2024 23:41
Baxış: 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beşqat "Qızıl top"un sahibi, portuqaliyalı hücumçu Kriştianu Ronaldu "YouTube" platformasında rekorda imza atıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, oyunçunun yutub kanalı yaradıldıqdan cəmi bir saat yarım sonra ona bir milyon insan abunə olub.

"YouTube" bu nailiyyəti münasibətilə futbolçunu təbrik edib.

Xatırladaq ki, Ronaldo 2023-cü il yanvarın 2-də ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun futbolçusu olub. Portuqaliyalı karyerası ərzində beş dəfə "Qızıl top" qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.