Səudiyyə Ərəbistanının Baş Əyləncə Təşkilatının sədri Turki Əl-Şeyx Deontey Uaylder və britaniyalı ağır çəkili Derek Çisora arasında döyüş keçirmək fikrindən əl çəkmədiyini bildirib.
Bu barədə Milli.Az aut.az-a istinadla xəbər verir.
"Məndən Uaylder-Çisora döyüşü haqqında soruşdular. Mən də dedim ki, Deontey qayıdacaqsa, niyə də olmasın? Amma inanın, mən bunu iki dəfə sınadım və nəticə vermədi. Ona bir daha şans veririk", - Əl-Şeyx bildirib.
Uaylder son beş döyüşün dördündə uduzub. Onun yeganə qələbəsi 2022-ci ilin oktyabrında Robert Heleniusa qarşı olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun