Qayıtması üçün ona son şansı verdi

18 Avqust 2024 21:25

Səudiyyə Ərəbistanının Baş Əyləncə Təşkilatının sədri Turki Əl-Şeyx Deontey Uaylder və britaniyalı ağır çəkili Derek Çisora ​​arasında döyüş keçirmək fikrindən əl çəkmədiyini bildirib.

Bu barədə Milli.Az aut.az-a istinadla xəbər verir.

"Məndən Uaylder-Çisora ​​döyüşü haqqında soruşdular. Mən də dedim ki, Deontey qayıdacaqsa, niyə də olmasın? Amma inanın, mən bunu iki dəfə sınadım və nəticə vermədi. Ona bir daha şans veririk", - Əl-Şeyx bildirib.

Uaylder son beş döyüşün dördündə uduzub. Onun yeganə qələbəsi 2022-ci ilin oktyabrında Robert Heleniusa qarşı olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun