İdman

Braziliyalı əfsanə Parisdə qarət olundu: 500 min avroluq...

26 İyul 2024 17:34
Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya millisinin sabiq futbolçusu Ziko Olimpiya nümayəndə heyətinin tərkibində gəldiyi Parisdə qarət edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib. 71 yaşlı əfsanə taksinin arxa oturacağına əşyaları olan portfel qoyub. Bundan sonra taksi sürücüsünün diqqətini naməlum şəxs yayındırıb və onun şəriki bundan istifadə edərək Zikonun əşyalarını oğurlayıb.

Portfelin məzmunu 500 min avro dəyərində qiymətləndirilir. İçərisində "Rolex" saatı, zinət əşyaları və pul olub. Polis araşdırmalara başlayıb və cinayətkarları axtarılır.

"Ağ Pele" ləqəbli Ziko 1980-ci illərdə Braziliyanın ən yaxşı oyunçularından biri olub.

Qeyd edək ki, bu gün Fransanın paytaxtında Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.