İdman

"Azarkeşlərimizə görə çox üzülürəm" - Zlatko Daliç

25 İyun 2024 08:06
Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azarkeşlərimizə görə çox üzülürəm.

Bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç İtaliyaya qarşı AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis xorvatiyalı futbolçuların oyun ərzində yaxşı təsir bağışladıqlarını bildirib: "Futbolçularım yaxşı təsir bağışladılar. Xüsusi ilə də birinci hissə də. Komandamızın üzvlərini layiqli mübarizə üçün təbrik edirəm. Penaltidən yararlana bilmədik və əlavə dəqiələrdə qapımızda qol gördük. 1/8 finala çıxmaq öz əlimizdə idi. Bizi dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Azarkeşlərimizə görə çox üzülürəm".

Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinin III turu çərçivəsində Xorvatiya - İtaliya matçı heç-heçə yekunlaşıb - 1:1. Bu nəticədən sonra xorvatlar yer aldıqları B qrupunu üçüncü pillədə başa vurublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.