"Sabah" 3 basketbolçusu ilə müqaviləni yeniləyib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan çempionu Endər Poladxanlı, Şirzad Şirzadov və Əlikamran Məmmədovla danışıqları müsbət yekunlaşdırıb.
Yığma üzvləri 2024/2025 mövsümdə də Bakı təmsilçisinin şərəfini qoruyacaqlar.
Qeyd edək ki, "Sabah" yeni mövsümdə Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun