İdman

Mayk Tayson Ceyk Polla döyüşə buraxılmaya bilər

4 İyun 2024 15:59
Baxış: 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-li boksçu Mayk Tayson iyulun 20-də bloqer Ceyk Pola qarşı rinqə çıxmalı idi. Hər ikisi döyüşə fəal hazırlaşırdı, lakin döyüş təxirə salınmalı olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, səbəb "Dəmir Mayk"ın səhhətində yaranan problemlər olub. 57 yaşlı boksçu bu yaxınlarda uçuş zamanı özünü pis hiss edib və bu səbəbdən təyyarəyə təcili yardım briqadası çağırılıb. İdmançının mədə xorası kəskinləşib.

Müqavilənin şərtlərinə görə, Mayk Tayson, xüsusən də yaşı ilə əlaqədar tam tibbi müayinədən keçməlidir. Yalnız məlumatları təqdim etdikdən sonra komissiya boksçunun döyüşə buraxılması barədə qərar verəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.