FIFA Premyer Liqa klubuna transfer qadağası qoya bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu mövsüm Premyer Liqaya yenidən qayıdan "Araz Naxçıvan" çempionata fırtına kimi başlasa da, sonradan işləri qaydasında getmədi.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cari "futbol ili"nin əvvəlində Azər Bağırovun sayəsində bir sıra vacib qələbələr qazansalar da, sonradan düşüş yaşadılar. Qış fasiləsindən sonrakı nəticələrə görə isə rəhbərlik mütəxəssislə yolları ayırdı.
Hazırda Elmar Baxşıyevin çalışdırdığı Premyer Liqa təmsilçisi yeni problemlə üzləşib.
Offsideplus.az-a daxil olan məlumata görə, Muxtar Respublika təmsilçisi FIFA tərəfindən cəzalana bilər. Buna səbəb komandanın üzvü Vanderson Melodur. Bildirilir ki, yarımmüdafiəçi "Araz Naxçıvan"a keçməmişdən öncə Livanın "Rasinq" klubu razılaşıbmış. Beyrut təmsilçisi ilə ilkin müqavilə imzalanıb. Daha sonra "Araz Naxçıvan"ın artıq maaş təklif etməsi futbolçunun razılaşmasına səbəb olub.
Razılaşmanı təktərəfli ləğv edən braziliyalı "qırmızı bəyazlar"la yeni müqavilə imzalayıb. Beyrut təmsilçisi isə məsələ ilə bağlı FİFA-ya şikayət ünvanlayıb. "Rasinq" "Araz Naxçıvan"ın 65 min dollar ödəməsini tələb edir. Əgər məsələ öz həllini tapmasa, FİFA Muxtar Respublika təmsilçisinə 1 mövsümlük transfer cəzası verəcək, braziliyalını isə altı aylıq futboldan kənarlaşdıracaq.
Məsələ ilə bağlı "Araz Naxçıvan"ın icraçı direktoru Eldəniz Yusubov məlumatı təsdiqləyib:
"Bəli, Vanderson Melo ilə bağlı belə problem var. Futbolçu bizə təqdim etdiyi məlumatlarda Livan təmsilçisi ilə müqavilə imzaladığını bildirməyib. "Rasinq" FIFA-ya müraciət edib. Bu məsələ ilə Vandersonun vəkili maraqlanır. Braziliyalı hüquqşünas bu işlə məşğul olur.
Vanderson bildirir ki, Livan klubunun iddiası əsassızdır. Futbolçunun TMS məlumatlarında da "Rasinq"lə müqavilə olduğu göstərilməmişdi. Son oynadığı yer olaraq Litvanın "Panevijis" klubu göstərilmişdi. FIFA-da araşdırma davam edir.
Qərarın nə olacağını bilmirik. Bu işi nəzarətdə saxlayırıq. FİFA-nın nə zaman qərar verəcəyi də bəlli deyil. Amma düşünürəm ki, bu məsələ ilə bağlı araşdırma uzun çəkəcək. Yəni, qərar tez verilməyəcək. Bizim bu məsələyə aidiyyatımız yoxdur. Yenə deyirəm, oyunçunun TMS məlumatlarında "Rasinq"lə bağlı məlumat yox idi".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Federiko Valverde zədələndi
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Azərbaycan Qran-Prisinin rəsmi yarış cədvəli açıqlandı
XƏBƏR LENTİ
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)





