İdman

“Qarabağ” “Boka Xuniors”u keçdi

12 May 2024 10:42
Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Klubların dünya reytinqindəki ən yaxşı Azərbaycan təmsilçisi "Qarabağ"ın siyahıda keçdiyi komandalar bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İFFHS-in cədvəlində 48-ci pillədə qalan Ağdam klubu 7 komandanı arxada qoyub.

Qurban Qurbanovun yetirmələri "Boka Xuniors", "LDU Kito", PAOK, "Frayburq", "Braqa", "Sparta" və "Atletiko Nasyonal"ı keçib. Amma "Qarabağ" irəliləyə bilməyib.

Buna eyni sayda komandanın Azərbaycan çempionunu arxada qoyması səbəb olub. "Brügge", "Atletiko Mineyro", "Atletiko Paranaense", "Korintians", "İndependente Medelyin", "River Pleyt" və Zaqreb "Dinamo"su təmsilçimizi keçə bilib.

Qeyd edək ki, "Qarabağ"ın hesabında 183 xal var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.