İdman

​“Barselona” Levandovskini ona dəyişə bilər - FOTO

5 May 2024 19:31
Baxış: 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" polşalı hücumçu Robert Levandovskini "Liverpul"un ulduzu Darvin Nunyeslə əvəz edə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Barsa" Nunyesi qarşıdakı yay üçün transfer hədəflərindən birinə çevirib.

Kataloniya klubu heyət xərclərini azaltmağı planlaşdırır və yüksək maaş alan Levandovskidən qurtula bilər.

Levandovski 2022-ci ildən "Barselona"da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir. Bu mövsüm polyak bütün turnirlərdə 45 matçda iştirak edib, 24 qol vurub, doqquz məhsuldar ötürmə edib.

Nunyes bu mövsüm bütün turnirlərdə 51 oyun keçirib, 18 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun transfer dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.