İdman

"Real" azarkeşləri Mbappeni istəmir - SƏBƏB?

12 Aprel 2024 09:47
Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" azarkeşləri PSJ-nin hücumçusu Kilian Mbappenin çıxışından narazı qalıblar.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, forvard böyük ehtimalla bu yay Madrid klubuna keçid edəcək. Lakin "Los Blankos" azarkeşləri Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" ilə oyunundan (2:3) sonra fransız futbolçunun transferinin uğurlu olacağına şübhə etməyə başlayıblar.

"Real" azarkeşləri hesab edirlər ki, əgər Mbappe "mavi qranatlar"la oyunda olduğu kimi vacib matçlarda görünməzdirsə, onda onu imzalamağa dəyməz. "Kral klubu" azarkeşləri Kiliana böyük ümid bəslədikləri üçün bu məsələdən narahatdırlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.