İdman

Alves həbsxanadan çıxdıqdan sonra ilk dəfə danışdı

6 Aprel 2024 11:17
Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya millisinin və "Barselona"nın sabiq müdafiəçisi Dani Alves qıza təcavüz etməkdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edildikdən sonra öz həyatından danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, martın sonunda keçmiş futbolçu cəzası qanuni qüvvəyə minənə qədər 1 milyon avro girov müqabilində sərbəst buraxılıb.

"Hər cümə günü qeydiyyatdan keçmək üçün məhkəməyə gedirəm. Bu qədər, mənim artıq işim yoxdur.

Oynamalı olduğum matç məhkəmə zalında keçirilir, amma bunun nə qədər davam edəcəyi barədə heç bir fikrim yoxdur.

Həbsxana həyatı? Harada olsam da, sağ qalacağam. Mən hər şeyə uyğunlaşıram, çünki insanı insan edən yer deyil. İndi özümü yaxşı və rahat hiss edirəm", - Alves bildirib.

Xatırladaq ki, ötən ilin yanvarında Alves Barselonada gecə klubunda qıza təcavüz etməkdə ittiham olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.