Ən bahalı futbolçuların qiymət siyahısı yeniləndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın ən bahalı futbolçularının yeni siyahısı açıqlanıb.
Milli.Az valyuta.az-a istinadən xəbər verir ki, məşhur "Transfermarkt" portalı yeni suyahıya 114 futbolçunun adını daxil edib. Futbolçuların bu siyahıya düşməsi üçün ən azı 50 milyon avro bazar dəyəri olmalıdır.
Siyahıdakı futbolçulardan 57-si İngiltərə Premyer Liqasında, onlardan 11-i isə "Mançester Siti"də çıxış edir. Qalanları İspaniya La Liqası (19 oyunçu), Bundesliqa (14), İtaliya A Seriyası (12) və Fransa Birinci Liqasında(10) forma geyinir. Portuqaliya Liqası və Braziliyanın A Seriyasından isə hərəsindən bir oyunçu var. Bu oyunçular "Sportinq"dən Viktor Qyökeres və "Palmeyras"da çıxış edən, ancaq "Real"a məxsus olan Endrikdir. Endrik siyahıda Avropada oynamayan yeganə futbolçudur.
Reytinqdə ilk "üçlük"də "Mançester Siti"dən Erlinq Haland, "Real"dan Cud Bellinqem və PSJ-dən Kilyan Mbappe yer alır. Hər üç futbolçu 180 milyon avro olaraq dəyərləndirilib. Dördüncü pillədə isə "Real"ın digər aparıcı futbolçusu Vinisius Junior dayanıb. Braziliyalının qiyməti 150 milyon avrodur.
Top-100-ün ən gənc oyunçusu "Barselona" dan 16 yaşlı Lamin Yamaldır (75 milyon avro). İkinci ən gənc oyunçu isə Endrikdir (55 milyon avro). Siyahıdakı ən "qoca" futbolçu 32 yaşlı Kevin De Brüynedir (60 milyon avro).
Bazar dəyərinə görə ən bahalı futbolçuların siyahısında ilk "onluq" aşağıdakı kimidir.
Cud Bellinqem ("Real", İspaniya) - 180 milyon avro
Erlinq Haland ("Mançester Siti", İngiltərə) - 180 milyon avro
Kilyan Mbappe (PSJ, Fransa) - 180 milyon avro
Vinisius Junior ("Real", İspaniya) - 150 milyon avro
Bukayo Saka ("Arsenal", İngiltərə) - 130 milyon avro
Fil Foden ("Mançester Siti", İngiltərə) - 130 milyon avro
Florian Virtz ("Bayer", Almaniya) - 110 milyon avro
Camal Musiala ("Bavariya", Almaniya) - 110 milyon avro
Deklan Rays ("Arsenal", İngiltərə) - 110 milyon avro
Viktor Osmihen ("Napoli") - 110 milyon avro
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
XƏBƏR LENTİ
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)





