İdman

“Qarabağ” əsrin rekordunu vurub

18 Mart 2024 12:21
Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" Azərbaycan Premyer Liqasının 27 turunda 71 qol vurub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu, ölkə çempionatları tarixində son 25 ilin rekordudur.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 1998/99 mövsümündə təsadüf olunub. Həmin vaxt "Kəpəz" 27 turda 75 qol vurub. Gəncə təmsilçisinin bir matçdakı texniki qələbəsi də nəzərə alınmadan belə göstərici reallaşıb.

Ölkə çempionatlarının 27 tur üçün mütləq rekordu isə 1996/97 mövsümündə rəsmiləşib. "Neftçi" bu qədər oyunda 91 dəfə rəqib qapısına yol tapıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.