İdman

Sərbəst güləşçilərimiz 3 çəkidə Olimpiya lisenziyası qazandı - YENİLƏNİB - FOTO

22 May 2010 11:48
Baxış: 214
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
11:48, 22 may

Azərbaycan Güləş Federasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, yığmamız 1 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb.

Yığmamızın böyük məşqçisi Vahid Məmmədov güləşçilərimizin nəticələrini ümumilikdə qənaətbəxş hesab etdiyini bildirib: "Ən azı 4 çəkidə vəsiqəyə ümid edirdik. 3 çəkidə lisenziya qazanmağımız idmançıları rəqabətə sövq edəcək. Onların hər biri Olimpiadaya getmək üçün çalışacaqlar. Bildiyiniz kimi, Olimpiadaya vəsiqə idmançıya deyil, hər bir ölkəyə çəki dərəcəsinə görə verilir. Ona görə də heç bir idmançı arxayınlaşmamalıdır. Federasiya rəhbərliyi tərəfindən güləşçilərimizə yaradılan şərait bu gün imkan verir ki, onların hər biri öz çəkilərində daha yaxşı nəticələr əldə etsinlər".

46 kq çəki dərəcəsində finala yüksələrək Sinqapur Olimpiadasına vəsiqəni təmin edən Mircəlal Həsənzadə rusiyalı Aldar Baljinimayevə (2:0 və 0:0) məğlub olaraq gümüş medal qazanıb.

54 kq çəki dərəcəsində bütün görüşlərini qələbə ilə başa vuran Kənan Quliyev final görüşündə də etimadları doğruldub. Sinqapur Olimpiadasına vəsiqəni təmin edən güləşçimiz finaldakı rəqibi türkiyəli Mehmet Ali Daylak üzərində (1:0, 2:3, 7:0) inamlı qələbə qazanıb.

63 kq çəki dərəcəsində Nurlan Hacıyev Olimpiadaya vəsiqə qazana bilməsə də, turnirin bürünc mükafatı uğrunda mübarizə aparıb. Almaniyalı Aleksander Semisorovu (5:2, 3:0) məğlub edən güləşçimiz bürünc medala layiq görülüb.

76 kq çəki dərəcəsində təmsilçimiz Pərviz Axundov təsəlliverici görüşlərdə ilk görüşünü qələbə ilə başa vursa da, ikinci görüşdə məğlub olaraq turniri 5-ci yerdə tamamlayıb.

100 kq çəki dərəcəsində güləşən Ali Maqomeddabirov finalda rusiyalı Roman Koçiyev ilə görüşdən (1:1, 0:6) məğlub ayrılıb. Turnirin gümüş medalını qazanan təmsilçimiz finala yüksəlməklə Sinqapur Olimpiadasına vəsiqəni təmin edib.

Sərbəst güləş üzrə yarışlarda komanda hesabında Rusiya birinci, Azərbaycan ikinci, Türkiyə isə üçüncü olub.

Milli.Az

---------------------------------------

20:44, 21 may

Sərbəst güləşçilər arasında bu gün keçirilən görüşlərdə 3 pəhləvanımız finala yüksəldi.

Onlar Sinqapurda keçiriləcək yeniyetmələrin Olimpiadasına vəsiqəni təmin etdi. Bu barədə Milli.Az xəbər portalına Azərbaycan Güləş Federasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Finala çıxan pəhləvanımız 46 kq - Mircəlal Həsənzadə, 54 kq - Kənan Quliyev və 100 kq - Ali Maqomeddabirov oldu.

46 kq çəki dərəcəsində mübarizə aparan Mircəlal Həsənzadə bolqarıstanlı Georgi Vanqelovu (3:0, 8:0), erməni güləşçisi Artak Hovanisyanı (2:1, 4:4, 5:2), ukraynalı Maksim Blyazeni (1:0, 4:1) məğlub edərək finala yüksəldi. Finalda onun rəqibi rusiyalı Aldar Baljinimayev olacaq.

54 kq çəki dərəcəsində Kənan Quliyev ilk görüşündə Rumıniya güləşçisi Raul Donunu (2:0, 7:1), daha sonra ardıcıl olaraq rusiyalı Hüseyn Şahbanovu (3:0, 1:1, 1:0), gürcü Laşa Bitaraşvilini (3:3, 7:0) məğlub etdi. Yarımfinalda almaniyalı Manuel Volfer üzərində (2:0, 7:4) qələbə qazanaraq Sinqapur Olimpiadasına vəsiqəni təmin edən güləşçimizin finaldakı rəqibi türkiyəli Mehmet Ali Daylak olacaq.
63 kq çəki dərəcəsində Nurlan Hacıyev ardıcıl olaraq litvalı Artiom Çaldeyevi (4:1, 7:1), erməni güləşçisi Samvel Petrosyanı (6:0, 5:0) məğlub etsə də, yarımfinalda gürcü İrakli Mosidzeyə (3:6, 1:7) məğlub olub. Olimpiadaya vəsiqə qazana bilməsə də, təmsilçimiz turnirin bürünc mükafatı uğrunda mübarizə aparacaq.
76 kq çəki dərəcəsində təmsilçimiz Pərviz Axundov İsrail güləşçisi Hanoç Raçaminlə görüşdən qalib (1:0, 7:1) ayrılsa da, belaruslu Aliksandr Huştinə (2:0, 1:3) məğlub olaraq lisenziya şansını əldən verib. Belarus güləşçisi finala yüksəldiyindən güləşçimiz təsəlliverici görüşlərə qatılıb.

100 kq çəki dərəcəsində güləşən Ali Maqomeddabirov ilk görüşündə türkiyəli Muhammed Bandırma üzərində (4:0, 3:0) inamlı qələbə qazandı, ardıcıl olaraq ukraynalı İvan Zaxarovu (1:0, 2:0), yunanıstan təmsilçisi Aleksis Kauslidisi (5:0, 6:0) məğlub edərək finala yüksəldi. Finalda təmsilçimizin rəqibi rusiyalı Roman Koçiyev olacaq.
Yığmamızın böyük məşqçisi Vahid Məmmədov güləşçilərimizin nəticələrini ümumilikdə qənaətbəxş hesab etdiyini bildirib. "Ən azı 4 çəkidə vəsiqəyə ümid edirdik. 3 çəkidə lisenziya qazanmağımız idmançıları rəqabətə sövq edəcək. Onların hər biri Olimpiadaya getmək üçün çalışacaqlar. Bildiyiniz kimi, Olimpiadaya vəsiqə idmançıya deyil, hər bir ölkəyə çəki dərəcəsinə görə verilir. Ona görə də heç bir idmançı arxayınlaşmamalıdır. Federasiya rəhbərliyi tərəfindən güləşçilərimizə yaradılan şərait bu gün imkan verir ki, onların hər biri öz çəkilərində daha yaxşı nəticələr əldə etsinlər".

Milli.Az

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.