İdman

Çin millisinin sabiq futbolçusu ömürlük həbsə məhkum edildi

24 Fevral 2024 12:45
Baxış: 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Everton"un və Çin millisinin sabiq futbolçusu Li Te ömürlük həbs cəzasına məhkum edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Te futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb, bir neçə Çin klubunda çalışıb, sonra isə doğma komandasına başçılıq edib. Çin 2022-ci il dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün o, işdən azad edilib.

2022-ci ilin sonunda partiya Çin futbolu ilə bağlı böyük araşdırmaya başlayıb və nəticədə bir çox məmur korrupsiyada ittiham olunub.

Sonradan Li Te dəfələrlə rüşvət aldığını, hətta özünü milli komandanın baş məşqçisi vəzifəsini də satın aldığını, həmçinin Çin ikinci liqasında danışıqlar əsasında oyunları təşkil etdiyini etiraf edib.

İstintaq nəticəsində keçmiş futbolçu və məşqçi ömürlük həbs cəzasına məhkum edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.