İdman

“Qarabağ”ın legioneri: "Güclü tərəfimiz əks-hücumdur"

15 Fevral 2024 00:08
Baxış: 937
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Güclü tərəfimiz əks-hücumdur.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Julio Romao Portuqaliyanın "Braqa" klubuna qarşı keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransında deyib.

Braziliyalı yarımmüdafiəçi öz oyun üslublarından danışıb: "Əks-hücumlarda çox oynayırıq, topa sahib olmağı da sevirik. Son vaxtlar Avropa Liqasında topa daha çox sahib olmağa və rəqibə təzyiq etməyə çalışırıq. Çünki topa sahibliyi çox tez bərpa etməyə çalışırıq və onu ələ keçirərkən tez hücuma keçirik".

O, səfərdə çıxış etmələrinə baxmayaraq, Bakıya sərfəli nəticə ilə qayıtmaq arzusunda olduqlarını söyləyib: "Bu, təkcə mənim üçün deyil, Portuqaliyada vaxt keçirmiş digər oyunçular üçün əla gün olacaq. "Braqa"nın güclü olduğunu bilirik. Son məğlubiyyətə baxmayaraq, onlar çox yaxşı komandadırlar, güclü heyəyə malikdirlər Amma biz də uzun illər Avropa Liqasında oynamışıq və təcrübəmiz var. Hər iki komanda qələbə qazana bilər.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək "Braqa" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.