İdman

“Əl-Hilal” Ronaldunun klubuna şans vermədi

9 Fevral 2024 10:24
Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanında iki yerli klub "Əl-Hilal" və "Ən-Nəsr" arasında yoldaşlıq görüşü baş tutub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, görüşdə əsas hadisələr ilk hissədə cərəyan edib.

Matçın 17-ci dəqiqəsində Milinkoviç-Saviç hesabı açaraq "Əl-Hilal"ı önə çıxarıb.

30-cu dəqiqədə isə Əl-Davsari fərqi ikiyə çatdırıb. Oyun elə bu nəticə ilə də bitib - 2:0.

Qonaqların ulduzu Kriştianu Ronaldu qarşılaşmada yalnız 54-cü dəqiqədə aldığı sarı vərəqə ilə yadda qalıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.