İdman

Dani Alveşin məhkəməsi oldu

6 Fevral 2024 08:35
Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın və Braziliya millisinin keçmiş futbolçusu Dani Alveş zorlama ittihamı ilə məhkəmə qarşısına çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, prokurorluq təqsirləndirilən şəxsə 9 il həbs cəzası və 150 ​​min avro məbləğində təzminat tələb edir. Həbsdən sonra isə futbolçunu 10 il sınaq müddəti gözləyir.

Xəsarət alan qızın əsəbləri pozulduğu və bu səbəbdən xeyli arıqladığı, sosial çevrəsini məhdudlaşdırdığı da bildirilir.

Alveş baş verənlərlə bağlı ifadəsini bir neçə dəfə dəyişib ki, bu da şübhəli görünür. Daninin taleyi ilə bağlı yekun qərarın fevralın 7-də veriləcəyi gözlənilir.

Xatırladaq ki, yanvar ayında Dani Alveş Barselonadakı gecə klubunda 23 yaşlı qızı zorlamaqda ittiham edilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.