İdman

“Fənərbağça”dan səfərdə inamlı qələbə

4 Fevral 2024 09:16
Baxış: 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Türkiyə Super Liqasında XXIV turun daha dörd oyunu keçirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, lider "Fənərbağça" səfərdə "Antalyaspor"un qonağı olub. Hər hissədə bir qol vuran İstanbul təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Qonaqların heyətində Cingiz Ündər və Mişi Batşuayi fərqləniblər.

Günün digər matçlarında "Başakşəhər" "İstanbulspor"u 2:0 hesabı ilə üstələyib, "Rizəspor" "Konyaspor"la qolsuz, "Qaziantep" isə "Kayserispor"la 1:1 hesablı heç-heçə edib.

Turun mərkəzi oyunu fevralın 4-də "Beşiktaş" və "Trabzonspor" komandaları arasında keçiriləcək.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 63 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" ikinci pillədə qərarlaşıb. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 36 xalla dördüncüdür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.