İdman

Salah "ən yaxşı" oldu

27 Yanvar 2024 18:57
Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul" klubunun futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 2023-2024-cü illər mövsümünün ilk hissəsinin ən yaxşı oyunçusu seçilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 32 yaşlı hücumçu bu mövsüm İngiltərə çempionatında meydana çıxdığı 27 oyunda 18 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

İkinci yeri "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri tutub. İspaniyalı oyunçu 26 oyunda 5 qol vurub, 7 ötürmə edib.

M.Salahın komanda yoldaşı Vircil van Deyk isə 23 matçda bir qol və iki ötürmə ilə üçüncü sırada qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.