İdman

"Braqa"da "Qarabağ"la matç öncəsi ciddi itki

26 Yanvar 2024 01:55
Baxış: 1 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" ciddi itki ilə üzləşib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, "Braqa"nın əsas üzvlərindən olan Bruma "Qarabağ"a qarşı oynaya bilməyəcək.

Belə ki, futbolçu dizindən zədələnib və əməliyyat olunacaq. Oyunçunun ən azı 1 ay yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.

Qeyd edək ki, "Qarabağ"ın "Braqa" ilə ilk matçı fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda baş tutacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.