İdman

Basketbol üzrə qadın millimizin rəqibləri müəyyənləşdi

23 Yanvar 2024 12:53
Baxış: 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

3x3 basketbol üzrə qadın millimizin "Paris-2024" Olimpiya oyunlarında iştirak etmək üçün 12-14 aprel tarixlərində baş tutacaq ilk təsnifat oyunlarında qrupdakı rəqibləri bəlli olub. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, səkkiz komandanın iştirak etdiyi ilk təsnifat oyunlarında yığmamız B qrupunda Niderland, Monqolustan və Çili komandaları ilə qarşılaşacaq. 

Honkonqda keçiriləcək qrup oyunlarında, qruplarda ilk iki pilləni tutmuş komandalar təsnifat mərhələsinin yarımfinalına vəsiqə qazanacaqlar. Daha sonra yarımfinallarda qalib olmuş komandalar finala, finalda qələbə qazanmış kollektiv isə Olimpiadaya vəsiqə qazanacaq. 

İkinci təsnifat oyunları isə 16-19 may tarixlərində Macarıstanın Debretsen şəhərində baş tutacaq. A qrupunda qərarlaşmış millimiz, Almaniya, Polşa və Tunis yığmaları ilə üz-üzə gələcək. Qeyd edək ki, 16 komandanın iştirak etdiyi ikinci təsnifat mərhələsində, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar. İlk təsnifat mərhələsində olduğu kimi, bu təsnifat mərhələsində də 1/4 finalda qalib olmuş komandalar 1/2 finala və daha sonra isə finalın qalibi Olimpiadaya vəsiqə qazanacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.