İdman

“Fənərbağça”nın ulduzu bir aylıq sıradan çıxdı

22 Yanvar 2024 18:20
Baxış: 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Fənərbağça" klubunun aparıcı futbolçusu Fred bir aydan çox komandasına kömək edə bilməyəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Superliqanın XXI turunda "Samsunspor"la (1:1) oyunun 87-ci dəqiqəsində zədələnərək əvəzlənib.

Bu gün tibbi müayinədən keçən 30 yaşlı orta sahə oyunçusunda sağ ayağın bud nahiyəsinin ön hissəsində vətərin qopması aşkarlanıb. Həkimlər onun təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar.

Qeyd edək ki, Fred cari mövsüm bütün turnirlərdə 21 oyun keçirib, 6 məhsuldar ötürmə verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.