İdman

Məşhur boksçu bir il araq içməsə, mənzil hədiyyə ediləcək - FOTO

21 Yanvar 2024 18:53
Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlev rusiyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü Aleksandr  Yemelyanenko ilə mərc edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Kremlev Yemelyanenkoya bir ili spirtli içkisiz və idman rejimində keçirərsə, ona mənzil verəcəyini vəd edib. "Kim Yemelyanenkonu sərxoş tutsa yazsın!" - o əlavə edib.

Bundan əvvəl Yemelyanenko alkoqolizmin müalicəsindən danışıb. "Xəstəxanalara getdim, məni VİP palatalarla təmin etdilər, prosedurlar yazdılar. Sonra çölə çıxdım və düşündüm: heç kim bilməyəcək, mən pivə alacam. Və yenə də hər şey eyni şeydən başladı", - deyən Yemelyanenko bu həyat tərzini bəyəndiyini bildirib.

42 yaşlı Yemelyanenko MMA üzrə 40 döyüş keçirib, bu döyüşlərdə 29 qələbə qazanıb, 10 məğlubiyyət alıb. Onun iştirakı ilə daha bir döyüş heç-heçə başa çatıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.