İdman

“Roma”nın yeni baş məşqçisi o olacaq

16 Yanvar 2024 18:15
Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Joze Mourinyonu istefaya göndərən "Roma" artıq yeni baş məşqçi tapıb. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Komanda keçmiş yarımmüdafiəçi Daniele De Rossiyə tapşırılacaq. 

De Rossi ən az bu mövsümün sonuna kimi A seriyası təmsilçisinə rəhbərlik edəcək. 

De Rossi 2002-2019-cu illərdə "Roma"da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 616 matça çıxıb, 63 qol vurub və 60 qolun ötürməsini verib. De Rossi karyerası ərzində yalnız SPAL-a (İtaliya) baş məşqçilik edib. 

Əlavə edək ki, "Roma" A seriyasının 20 turundan sonra 29 xal toplayıb və 9-cu pillədə qərarlaşıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.