"Qalatasaray" Vilfrid Zaha ilə yollarını ayırmağa qərar verib.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, məlumatı "Fanatik" yayıb.
Xəbərə görə, 31 yaşlı hücumçu gözləniləndən daha aşağı performans göstərdiyi üçün İstanbul klubu ondan narazı qalıb.
Qeyd edək ki, Zaha cari mövsüm "Qalatasaray" forması ilə 21 matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun