İdman

Arda Gülər "Real Madrid" formasıyla debüt etdi

7 Yanvar 2024 08:24
Baxış: 956
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın yarımmüdafiəçisi Arda Gülər ​​komandada debüt edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o, İspaniya Kral Kubokunun 4-cü turunun "Arandina" ilə oyununda (1:3) meydana çıxıb.

Türkiyəli futbolçu matçın start heyətində yer alıb. Madrid klubunun forması ilə debüt edən 18 yaşlı yarımmüdafiəçi 59 dəqiqə meydanda qalıb və göstərdiyi oyunla böyük alqış toplayıb.

Qeyd edək ki, Gülər ​​2023-cü ilin iyulunda "Fənərbaxça"dan "Real"a keçib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.