İdman

Türkiyəli məşqçi Azərbaycan millisinin təklifini qəbul etmədi

7 Yanvar 2024 07:30
Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli məşqçi Ertuğrul Sağlam Azərbaycan millisindən təklif alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Kocaelispor"un çalışdırıcısı bununla bağlı "X" hesabında açıqlama yayıb. Adının "Beşiktaş"la hallanmasına münasibət bildirən mütəxəssis iki həftə əvvəl AFFA-dan da təklif aldığını bildirib:

"Beşiktaş"ın könlümüzdəki yeri hər zaman özəl və ayrı olsa da, hazırda "Kocaelispor"la inandığımız, müəyyənləşdirdiyimiz hədəfə doğru gedirik. İki həftə öncə Azərbaycan milli komandası üçün də eyni proses baş vermişdi. Diqqət, nəzakət və gözəl mesajlar üçün təşəkkür edirəm. Yeganə düşüncəmiz "Kocaelispor"dur".

Qeyd edək ki, 54 yaşlı mütəxəssis "Beşiktaş", "Bursaspor", "Eskişehirspor", "Traktor", "Kayserispor" və "Samsunspor"u çalışdırıb. O, 2023-cü ilin yayından "Kocaelispor"un baş məşqçisidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.