İdman

İngiltərə klubu "Latsio"nun yarımmüdafiəçisi ilə maraqlanır

5 Yanvar 2024 12:57
Baxış: 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Aston Villa" klubu İtaliya təmsilçisi "Latsio"nun yarımmüdafiəçisi Felipe Andersonla maraqlanır.

Milli.Az "report"a istinadən bildirir ki, "Aston Villa" 30 yaşlı braziliyalını 2024-cü ilin yayında azad agent kimi transfer etmək istəyir.

Futbolçunun hazırkı komandası ilə müqaviləsinin müddəti iyunun sonunda bitəcək.

Qeyd edək ki, Felipe Anderson 2021-ci ilin iyulundan "Latsio"nun formasını geyinir. Yarımmüdafiəçi 2023/2024 mövsümündə 1 qol vurub, 6 məhsuldar ötürmə edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.